Şotlandiyada Stefani Dikson adlı 24 yaşlı qadın 9 aydır davam edən baş və boyun ağrısı, baş gicəllənməsi kimi şikayətlərlə 14 həkimə gedib. 14 həkim də onun miqreni olduğunu söyləyib.
Milli.Az haberler-ə istinadən xəbər verir ki, Stefani başqa bir probleminin olduğunu hiss etsə də getdiyi bütün həkimlər stresslə bağlı miqren olduğunu söyləyərək ağrıkəsici yazıblar.
Vəziyyəti ağırlaşan qız xəstəxanaya çatdırıb, ilkin tibbi müdaxilə edilib, səhəri gün isə evə buraxılıb. Bir neçə saat sonra gənc qadın yatağında ölü tapılıb. Stefaninin ölümüylə əlaqədar istintaqın nəticələri 4 il sonra ortaya çıxıb.
Araşdırmaya görə, gənc qadının beynində şiş olub. Öldüyü gecəyə qədər doğru diaqnoz qoyulsaydı, yaşamaq şansı 98% olacaqdı. Ancaq həkimlərin məsuliyyətsizliyi 24 yaşlı qızın həyatını itirməsinə səbəb olub.
Qeyd edək ki, miqren deyincə ağla dərhal baş ağrısı gəlir, amma miqren yalnız baş ağrısı deyil. Adətən tutmalar halında gələn bir baş ağrısı növüdür. Tutmalar 4 saatdan 72 saata qədər davam edə bilər. Əvvəllər "sadə bir baş ağrısı tipi" olaraq görünən miqren artıq hal-hazırki dövrdə nevroloji xəstəlik olaraq qəbul edilməkdədir.
Məhəmməd Vaqif
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



