1990-cı ildə çəkilən "Kabus" filmində səsləndirdikləri "Unchained Melody" mahnısı ilə tanınan amerikalı musiqi qrupu "Righteous Brothers"in üzvü Bill Medlinin boşandığı xanımı Karen Klaas 1976-cı ildə Kaliforniyadaki evində təcavüz edilib öldürülmüşdü. Qatil tapılmadığına görə cinayət işi bağlanmışdı.
Milli.Az "Posta"ya istinadla bildirir ki, polis illər sonra cinayət işini yenidən araşdırb. Hadisə şahidlərinin təsvir etdikləri şəxs başqa qadınları zorladığına görə məhkumluq həyatı yaşayan Kennet Eugen Troyerə bənzəyib. Araşdırma aparılıb. Qatilin həmin şəxs olduğu məlum olub. Lakin təcavüzkar 1982-ci ildə həbsxanadan qaçmağa çalışdığına görə öldürülüb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


