AVRO-2016-nın bombardiri 100 milyon avroya "Mançester Yunayted"ə keçir

AVRO-2016-nın bombardiri 100 milyon avroya "Mançester Yunayted"ə keçir
11:12 2 Fevral 2017
26 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Atletiko" klubunun futbolçusu Antuan Qrizmann İngiltərə "Mançester Yunayted"i ilə anlaşıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, transferi yekunlaşdırmaqdan ötrü "mankunianlar"ın Fransa yığmasının hücumçusu ilə razılıq əldə etməsi qalıb.  

Mümkün transfer anlaşması məbləğinin 100 milyon avro təşkil edəcəyi istisna deyil. Qrizmannın "Atletiko" ilə hazırkı müqaviləsi 2021-ci ilin yayınadək qüvvədədir. 

Qeyd edək ki, Antuan Qrizmann İspaniya çempionatının 20 turu ərzində 19 oyuna çıxıb. 22 yaşlı forvard 8 qol və 4 məhsuldar ötürməyə imza atıb. O, 2016-cı il Avropa çempionatında 6 qolla bombardir olub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/513579.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR