14 fevral 2017-ci il tarixində saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Televiziyası, Mədəniyyət kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə bəstəkarlar Vasif və Ceyhun Allahverdiyevlərin əsərlərindən ibarət konsert keçiriləcəkdir.
Milli.Az bildirir ki, konsertdə dirijor Teymur Göyçayevin rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edəcək.
Tədbirdə iştirak edəcəklər: xalq artistləri Fidan Hacıyeva, Samir Cəfərov, əməkdar artist Bəyimxanım Vəliyeva, Azərbaycan Televiziyası və Radiosunun solistləri Səbinə Ərəbli, Mirələm Mirələmov, Kamilə Nəbiyeva və Aynur İskəndərli.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:

