Müdafiə Nazirliyindən Elnur Hüseynzadənin anasının fikirlərinə MÜNASİBƏT

Müdafiə Nazirliyindən Elnur Hüseynzadənin anasının fikirlərinə MÜNASİBƏT
18:27 2 Fevral 2017
319 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir sıra elektron informasiya resurslarında yayılan videosüjetdə Elnur Hüseynzadənin anası oğlunun hərbi xidmətdə olması ilə bağlı bəzi fikirlər səsləndirib. 

Milli.Az bildirir ki, bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Açıqlamada deyilir: 

"Bir daha bildiririk ki, keçmiş müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətdə olduğu qısa bir zamanda E.Hüseynzadə intizamsızlığına görə bir neçə dəfə cəzalandırılmasından nəticə çıxarmayıb. Bu səbəbdən "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin "e" bəndinə əsasən, xidməti uyğunsuzluğa görə birlik komandirinin əmri ilə ordu sıralarından tərxis olunub.

Qeyd etmək lazımdır ki, E.Hüseynzadənin nizam-intizamlı və hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində ailəsinin də rolu olmalı idi".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/513758.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR