Ronaldinyo "Barselona"ya səfir kimi qayıdıb

Ronaldinyo "Barselona"ya səfir kimi qayıdıb
00:07 3 Fevral 2017
54 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 2 fevral. REPORT.AZ/ İspaniya "Barselona"sının sabiq futbolçusu Ronaldinyo kluba səfir kimi qayıdıb.
"Report"un məlumatına görə, 36 yaşlı hücumçu yaxın illərdə Kataloniya komandasını müxtəlif tədbirlərdə təmsil edəcək. O, həmçinin "Əfsanələr" layihəsinin bir hissəsi olacaq. Layihə çərçivəsində "Barsa"nın sabiq futbolçuları bütün dünyada futbol matçlarında iştirak edəcəklər.
Müqavilə fevralın 3-də "Nou Kamp" stadionunda bağlanılacaq. Mərasimə braziliyalı ulduzdan başqa klubun prezidenti Xosep Mariya Bartomeu da qatılacaq.
Qeyd edək ki, Ronaldinyo "Barselona"da 2003 - 2008-ci illərdə çıxış edib. O, 198 oyuna 91 qol və 52 məhsuldar ötürmə müəllifi olub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-spaniya-barselona-sinin-sabiq-futbolcusu-ronaldinyo-kluba-sefir-kimi-qayidib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR