ABŞ döyüş gəmisi Qara dənizə girdi

ABŞ döyüş gəmisi Qara dənizə girdi
02:24 3 Fevral 2017
88 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus “Porter” gəmisi Qara dəniz akvatoriyasına daxil olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ HDQ-nın altıncı donanmasının mətbuat xidmətindən bildirib.  

 

Məlumata görə, gəmi “Dəniz qalxanı-2017” beynəlxalq təlimlərdə iştirak etmək üçün Qara dənizə daxil olub.   

 

Təlimlərin əməkdaşlığın, məlumat və təcrübə mübadiləsinin yaxşılaşmasına xidmət edəcəyi bildirilir.

 

Təlimlərdə Rumıniya, Bolqarıstan, Yunanıstan, Türkiyə, ABŞ, Kanada, İspaniya və Ukraynadan 2800-dək hərbçi iştirak edəcək


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266681

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR