Hacıqabul rayonunda intihar hadisəsi qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini, 1992-ci il təvəllüdlü Mehdiyeva Ayşən Tərlan qızı üzərinə yanacaq tökərək, özünü yandırıb. Xəstəxanaya çatdırılan qadının vəziyyəti ağırdır. Onun bədəninin xeyli hissəsinin yandığı bildirilir, həyatına təhlükə davam edir.
Ailəli olan A. Mehdiyevanın bir azyaşlı övladı var.
Fakt araşdırılır.