"Trabzonspor"un imtina etdiyi futbolçu "Milan" yolunda

"Trabzonspor"un imtina etdiyi futbolçu "Milan" yolunda
10:05 3 Fevral 2017
27 İdman
Ölkə mətbuatı
A- A+

Uruqvay millisinin üzvü Martin Kaseresin yeni klubunun adına aydınlıq gəlmək üzrədir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ötən mövsümün sonunda "Yuventus"dan ayrılan futbolçu "Milan"a keçə bilər.

İtaliya mətbuatında yer alan xəbərlərdə 29 yaşlı futbolçunun hazırda "rossonyerilər"lə danışıqlar apardığı bildirilib. Əgər danışıqlar müsbət nəticələnsə, müdafiəçi tibbi müayinədən keçəcək və yaxın günlərdə "Milan"la münasibətlərini rəsmiləşdirəcək. 
 
Qeyd edək ki, Kaseres qış transfer dönəmində Türkiyənin "Trabzonspor" klubu ilə anlaşmışdı. Amma Qara dəniz təmsilçisi maliyyə məsələlərinə görə təcrübəli oyunçunu transfer etməkdən imtina etmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/513849.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR