"Orifleym-Azərbaycan”: 19 illik uğurun tarixi haqda - fotolar

"Orifleym-Azərbaycan”: 19 illik uğurun tarixi haqda - fotolar
10:56 3 Fevral 2017
41 Şou
Ölkə mətbuatı
A- A+

1967-ci ildə Yonas və Robert af Yoknik qardaşları şəxsi bizneslərini qurmaq, eləcə də dünyadakı bütün qadınların əldə edə biləcəyi kosmetika şirkəti yaratmaq qərarına gəlir. Beləcə "Orifleym" firması yaranır.

O vaxtdan 50 il ötüb və bu gün "Orifleym" dünyanın 60 ölkəsində fəaliyyət göstərən birbaşa satış üzrə beynəlxalq kosmetika şirkətidir.

"Orifleym" İsveç istehsalı təbii və innovativ kosmetik vasitələrin geniş çeşidini təqdim edir. Bu vasitələri 3 milyon müstəqil məsləhətçi metodu ilə birbaşa satış etməklə 1,3 milyard avro həcmində illik gəlir əldə edilir.

Şirkət “İndi qazan, gələcəkdə arzularını relallaşdır” biznes-konsepsiyasına riayət edərək qazanmaq və öz arzularını həyata keçirmək istəyən hər kəsə imkan yaradır.

Birlik, ilham və ehtiras – "Orifleym"i unikal edən aparıcı dəyərlərdir. Bunlara söykənərək şirkət gələcəyə inamla baxır və həyatını yaxşılığa doğru dəyişmək istəyən hər kəsə kömək edə bilir.

50 illik təcrübəyə dayanaraq müasir elmi-tədqiqat mərkəzinin 100-dən artıq elmi araşdırmalarından ibarət tarixə sahib şirkət bazar və istifadəçilərin tələbinə uyğun təhlükəsiz, yeni və müasir məhsul hazırlayır.

Müasir dövrümüzdə insanlar çox yaxşı anlayır ki, gözəllik sadəcə kosmetikadan ibarət deyil. Hazırda "daxili və xarici gözəlliyin ahəngi" baxımından inkişaf daha çox müşahidə olunur. İsveç brendi olaraq "Orifleym" gözəlliyə həyat tərzi olaraq baxır. Şirkət üçün gözəllik – adi məhfum deyil. Bu, öz stilinlə harada, necə görünməyin və özünü hiss etməyinin əksidir.

"Əsl gözəllik – həm daxili, həm də zahiri cəhətdən yaxşılığa doğru dəyişdiyin həyat tərzindir" - bu, şirkət əməkdaşlarının devizidir.

"Orifleym" şirkəti Azərbaycanda ilk dəfə olaraq 1998-ci ilin fevralın 9-da fəaliyyət göstərməyə başlayıb.

"Orifleym-Azərbaycan" şirkəti 19 il ərzində öz məqsədinə çatmaq üçün irəli addımlayıb, insanların günbəgün yaxşılığa doğru dəyişməsinə yardımçı olub.

Bu illər əzrində şirkət ona inanan peşəkar insanlarla birlikdə genişlənməyə başlayıb. Hazırda "Orifleym-Azərbaycan"ın 12 min məsləhətçisi var.

2017-ci il "Orifleym" üçün əlamətdardır. Belə ki, bu il şirkətin 50 yaşı olur. Eləcə də bu yubiley "Orifleym-Azərbaycan" üçün daha əlamətdar hadisə ilə yadda qalıb. Yanvarın 31-də şirkət Azərbaycan, 14 ünvanında yerləşən yeni Servis Mərkəzini açıb.

Yeni ofisin açılış mərasimində vitse-prezident, "Orifleym Qafqaz" və "Orifleym Azərbaycan"ın rəhbəri Kamal Qaya, "Orifleym MDB"nin baş vitse-prezident və rəhbəri Yoxan Rosenberq İsveçin Azərbaycandakı səfirliyinin nümayəndəsi Tomas Danestad çıxış ediblər.

Məşhur bəstəkar Murad Arifin apardığı tədbirdə İsveç səfirliklərinin nümayəndələri, Türkiyə, Şimali Kipr, hökumət və qeyri-hökumət təşkilatları və şirkətin biznes-partnyorları, həmçinin müğənni Eldar Qasımov, feşn-dizayner Gülnarə Xəlilova, stilist Elnur Həsənov, byuti-bloqqerlər Səma Abıyeva, Lalə Əhmədova, Nərmin Məmmədova, Elnarə Gənc, 2017-ci ildə "Orifleym"in sponsorluq etdiyi voleybol üzrə qadın milli yığmasının idmançıları və başqa qonaqlar iştirak ediblər.

19 il müvəffəqiyyət – bu, yalnız başlanğıcdır!

Qeyd edək ki, şirkətin illik gəliri 1,3 milyard avro təşkil edir.

Şirkət 1000 adda təbii və innovativ kosmetik vasitələrin geniş çeşidini təqdim edir. Şirkətin Rusiya, Polşa, Çin və Hindistanda xüsusi fabrikləri var.

Əlavə məlumat üçün:
Rəsmi veb səhifə: www.oriflame.az 
İnstaqram: oriflame_official_azerbaijan
Facebook: OriflameAzerbaijanOfficial






Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=65887

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR