"Qara qızıl" dibə vurur

"Qara qızıl" dibə vurur
22:17 6 Yanvar 2015
156 Dünya
Ölkə mətbuatı
A- A+

2014-cü ilin ortaları ilə müqayisədə neft iki dəfə ucuzlaşıb.
ABŞ-da WTI markalı neftin bir barrelinin qiyməti 2009-cü ildən bəri ilk dəfə olaraq 50 dollardan aşağı enib. Hərçənd ki, bir qədər keçmiş qiymət cuzi artımla 50,05 səviyyəsində qərarlaşıb.
 
Milli.Az BBC-yə istinadən bildirir ki, dəyərinin 5 faizini itirən Brent markalı neftin qiyməti 53 dollar təşkil edib.
Beləliklə 2014-cü ilin ortaları ilə müqayisədə neft iki dəfə ucuzlaşıb.
Neftin ucuzlaşması ilə bağlı BP və Exxon Mobil kimi enerji nəhənglərinin səhmlərinin dəyəri də aşağı düşüb.
Neft qiyməti aşağı düşərkən rubl dəyərini itirməkdə davam edib.
 
Bazar ertəsi dollara nisbətdə avronun məzənnəsi də son 9 ilin ən aşağı həddinə çatıb.
Asiya
Çərşənbə axşamı Asiya birjalarında əsas iqtisadi göstəricilər aşağı düşüb.
 
Yaponiyada Nikkei indeksi 2,5 faiz ucuzlaşıb. Eyni zamanda indekslər Şanxay birjasında da aşağı düşüb. Bənzər təmayül Honk-Konq və Avstraliyada qeydə alınıb.
Bəzi təhlilçilərə əsasən sabit təklif nəticəsində qiymətlər hələ də aşağı düşməkdə davam edə bilər.
 
Son illər süxür yataqlarında istifadə olunan yeni texnologiyalar vasitəsilə neft hasilatı əhəmiyyətli dərəcədə artıb.
Bununla yanaşı Çin də daxil olmaqla bir sıra Avropa və Asiya ölkələrində tələbat kəskin şəkildə aşağı düşüb.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317319.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR