x
Loading...
.

Qax rayonunda “Novruz gözəli-2015” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Qax rayonunda “Novruz gözəli-2015” müsabiqəsinin qalibləri mükafatlandırılıb
12:13 16 Mart 2015
Ölkə mətbuatı
A- A+
.


Bakı, 16 mart, AZƏRTAC
Qax Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Novruz bayramı ərəfəsində folklor kollektivlərinin ənənəvi baxış-müsabiqəsi və “Novruz gözəli-2015” müsabiqəsinin yekun turu keçirilib. Fevralın 15-dən başlayan zona turlarında münsiflər heyəti tərəfindən seçilən mədəniyyət evləri və klubların 17 folklor kollektivi və 12 gənc qız qatılıb.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC –a bildirilib ki, folklor kollektivlərinin baxış müsabiqəsində Qax şəhər 2 nömrəli mədəniyyət evinin kollektivi birinci, Zəyəm kənd mədəniyyət evinin kollektivi ikinci, İlisu kənd mədəniyyət evinin kollektivi isə üçüncü yerə layiq görülüb.
“Novruz gözəli-2015” müsabiqəsində isə Həlimə Məhərrəmli I, Məryəm Şabanova II, Nazpəri İbrahimova III yeri tutublar. Qaliblər fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qax_rayonunda_Novruz_gozeli_2015_musabiqesinin_qalibleri_mukafatlandirilib-839563

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR