Alimlər iflic olmuş insanların fikirlərinin şifrini açmağa nail olublar

Alimlər iflic olmuş insanların fikirlərinin şifrini açmağa nail olublar
21:52 3 Fevral 2017
Ölkə mətbuatı
A- A+

İsveçrəli alimlər tamamilə iflic vəziyyətinə düşmüş insanlarla ünsiyyət qurmağa imkan verən sistem yaradıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, neyrofizioloqlar iflic olmuş insanla ünsiyyət zamanı onun beyninin bu və ya digər sahələrinin fəallığını izləmək üçün maqnit-rezonans tomoqrafından və infraqırmızı spektroskopdan istifadə ediblər.

Tamamilə iflic vəziyyətində olan dörd nəfərin iştirak etdiyi eksperiment nəticəsində alimlər müvafiq cihazlardan alınan informasiyanı "hə" və ya "yox" şəklində cavablara interpretasiya edə biliblər.

Eksperiment iştirakçıları öz qohumlarını tanıyıb və sadə suallara cavab verə biliblər. Pasiyentlərdən biri hətta öz qızının ərə getməsini qadağan edib.

Tədqiqat müəlliflərindən biri deyib: "Bu heyrətamiz nəticə mənim özümün yaratdığım bir nəzəriyyəni təkzib edir ki, "qapalı insan sindromu"ndan əziyyət çəkən, tamamilə iflic vəziyyətində olan insanlar prinsip etibarilə xarici aləmlə ünsiyyətə qabil deyil. Bizim təcrübələr göstərdi ki, dörd nəfər könüllünün hər biri onlara verilən şəxsi xarakterli sualları yalnız fikrin gücü hesabına cavablandıra biliblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/513488.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR