250 min dollarlıq kokain görün haradan çıxdı - FOTO

250 min dollarlıq kokain görün haradan çıxdı - FOTO
12:32 16 Mart 2015
Ölkə mətbuatı
A- A+

Londondakı Qetvik beynəlxalq hava limanının gömrükçüləri bu qadının yerişindən və davranışından şübhələnmişdilər. Ələlxüsus da xanımın həddən böyük sinəsi diqqət çəkirdi. Gömrükçülər şübhələrinə son qoymaq üçün qadını yoxlamaq qərarına gəliblər.

Baxış keçiriləndə gömrükçülər əvvəlcə heyrətləniblər, sonra gülüblər. İş onda idi ki, qadının büstqalteri sanki narkotik maddə anbarı idi.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Yamaykanın paytaxtı Kinqstondan gəlmiş 47 yaşlı Nola Uilyamsın büstqalterində iki polietilen paketdə 1 kq kokain vardı.
 
Çox yüksək keyfiyyətli bu kokainin "qara bazar"dakı qiyməti 250 min dollardır.
Gömrükçülər narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə xidmətinin əməkdaşlarını çağırıblar və polislər Nolanın ifadəsini alıblar.
 
Az sonra isə bu qadının əlbir olduğu Reymond Qudisonu axtarmağa başlayıblar.
Lakin Qudison qaçıb aradan çıxa bilib.
 
İngiltərənin Middleks qraflığındakı Northolz şəhərinin sakini R.Qudisonun 637 qram kokain qaçaqmalçılığına görə 1991-ci ildə tutulduğu və 10 il müddətinə azadlıqdan məhrum edildiyi də aşkarlanıb.
 
Milli.Az
 










Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/329780.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR