"Gənclərin maaşının artırılması xalq artistlərini niyə narazı salır?" - açıqlama

"Gənclərin maaşının artırılması xalq artistlərini niyə narazı salır?" - açıqlama
16:56 4 Fevral 2017
58 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrından bəzi xalq və əməkdar artistlərin yarım ştata keçirilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirilib.

Axşam.az-ın məlumatına görə, açıqlamada deyilir:

"Bu günlərdə Prezident Təqaüdçüsü və Prezident Mükafatçıları olan, yaşı 65-dən və 70-dən keçmiş xalq və əməkdar artistlərinin yarım ştata keçirilməsi ilə əlaqədar KİV-də müxtəlif fikirlər səsləndirilib.

Teatrın bədii şurasının qərarına əsasən Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup əməkdaşının tamaşalarda və repertuarda məşğulluğu müzakirə olunub, onların 2016-cı ildə hazırlanmış 8 adda yeni tamaşalarda az və ya heç iştirak etməmələri aydın olub.

Hazırda Dövlət Gənc Tamaşaçılar Teatrı ölkənin ən fəal və çevik repertuar  siyasəti ilə çalışan Dövlət teatrlarındandır. Teatrın repertuarında əsas məşğulluq gənc və orta nəsil aktyorlarının üzərinə düşür. Teatr müxtəlif ölkələrdə keçirilən beynəlxalq teatr festivallarında və qastrollarda ölkəmizin teatr sənətini məhz gənc aktyorların qüvvəsi ilə uğurla təmsil edir.

Teatrda həmişə xüsusi hörmət və ehtirama layiq görülmüş hörmətli sənətkarlar bu gün də kollektivdə çalışmaqda davam edir. Ölkə başçısının 17 may 2011-ci il tarixli, 127-İVQD nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaşı 65-i keçmiş işçilərin fərdi müqaviləyə və yaxud müqavilə müddəti bitdikdən sonra işdən azad olunmaları təmamilə qanuna uyğun bir haldır. Teatrda gün ərzində 3-4 tamaşa oynayan gənclərin əmək haqqlarına əlavələrin edilməsi hörmətli xalq artistlərini niyə narazı salmalıdır?

Nəzərə alaq ki, sözügedən sənətkarlar uzun illik səmərəli fəaliyyətlərinə  və çoxillik təcrübələrinə görə ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində olub.

Qeyd edək ki, fevral ayının 8-də ADGTT-da xalq artistləri Yasin Qarayevin anadan olmasının 70, Ağaxan Salmanlının 75 illiyinə həsr olunmuş Əhməd Orucoğlunun “Açarını itirənlər” əsəri əsasında hazırlanmış benefis tamaşanın premyerası keçiriləcək".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=65986

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR