Alvaro Qonzalez karyerasını vətənində davam etdirəcək

Alvaro Qonzalez karyerasını vətənində davam etdirəcək
20:47 5 Fevral 2017
51 İdman
Ölkə mətbuatı
A- A+

"Lazio"nun yarımmüdafiəçisi Alvaro Qonzalez karyerasını vətənində davam etdirəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 32 yaşlı uruqvaylı "Nacional"la anlaşıb. Tərəflər 2018-ci ilin sonuna kimi nəzərdə tutulmuş müqaviləni imzalayıb. Qonzalez 2009-2010-cu illərdə bu klubun şərəfini artıq qoruyub. Müqavilə ilə "Lazio"ya məxsus olan futbolçu son 2 mövsümü "Torino" və Meksikanın "Atlas" klubunda icarədə oynamışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/514558.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR