"Report" xəbər verir ki, bu barədə TASS-a Türkiyənin Rusiyadakı səfirliyinin mətbuat katibi Orxan Qazigil məlumat verib.
"Nazir müavini və Türkiyənin Rusiyadakı keçmiş səfiri Ümit Yardım fevralın 14-də Moskvada gedəcək", - səfirliyin nümayəndəsi bildirib.
Məlumata görə, Rusiya tərəfini xarici işlər nazirinin müavini Aleksey Meşkov təmsil edəcək. Gündəmdə dayanan geniş spektrli məsələlər barədə ətraflı məsləhətləşmələr aparılacağı gözlənilir.