Azərbaycan Müdafiə Nazirliyi: Ermənilərin şəxsi heyətlə dolu hərbi nəqliyyat vasitəsi məhv edilib
Paylaş
209 baxış·1 dəq oxu
Bakı. 10 fevral. REPORT.AZ/ Fevralın 9-da axşam saatlarında cəbhənin Ağdərə-Tərtər istiqamətində düşmənə məxsus və içərisində şəxsi heyət olan hərbi nəqliyyat vasitəsi Azərbaycan ordusunun bölmələrinin sərrast atəşi ilə məhv edilib. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qarşı tərəf itkilər barədə məlumatı yenə də gizlədir.