x
Loading...

Bank VTB (Azərbaycan) qiymətli metallarla əməliyyat aparılması üçün lisenziya alıb

Bank VTB (Azərbaycan) qiymətli metallarla əməliyyat aparılması üçün lisenziya alıb
17:38 16 Mart 2015
Ölkə mətbuatı
A- A+
.


Bakı, 16 mart, AZƏRTAC
Mərkəzi Bank və Maliyyə Nazirliyi qiymətli metallarla əməliyyat aparılması üçün Bank VTB (Azərbaycan)a lisenziya verib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, lisenziya əsasında bank qiymətli metalların cəlb edilməsi və yerləşdirilməsi, eləcə də alqı və satqısı üzrə əməliyyatları həyata keçirə biləcək. Bank VTB (Azərbaycan)ın müştəriləri metal hesabların, qiymətli metallarda əmanətlərin açılması xidmətindən istifadə etmək imkanı əldə edəcək. Bank qiymətli kağızlarla girovlu kredit məhsulu təqdim etmək, eləcə də külçə, xatirə və investisiya sikkələrinin alqı-satqısını reallaşdırmaq niyyətindədir.
“Bank VTB (Azərbaycan) hər zaman müştərilərinə keyfiyyətli bank xidmətləri göstərməyə çalışır. Yaxın aylarda bank qiymətli metallarla bir sıra yeni məhsullar təklif etməyi planlaşdırır. Məlumdur ki, qiymətli metallar çox sərfəli sərmayə hesab olunur. Bu əmanətlərin qorunması və artırılmasının ən etibarlı üsuludur. Qiymətli metallarla əməliyyatlar müştərilərə vəsaitlərini mümkün risklərdən qorumağa imkan verir”, - deyə Bank VTB (Azərbaycan)ın idarə heyətinin sədri Yuri Yakovlev bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bank_VTB_Azerbaycan_qiymetli_metallarla_emeliyyat_aparilmasi_uchun_lisenziya_alib-839702

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR