Dağlıq Qarabağ münaqişəsi zonasında qarşıdurma ciddi şəkildə güclənir. Düşmənin şəxsi heyətlə dolu hərbi nəqliyyat vasitəsi məhv edilib. Suriyanın şimalında türk hərbiçilərin Rusiya qırıcıları tərəfindən bombalanması gündəmin əsas mövzularındandır. Donbasdan gələn xəbərlər genişmiqyaslı müharibənin yaxınlaşdığını göstərir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 9-da axşam saatlarında cəbhənin Ağdərə-Tərtər istiqamətində düşmənə məxsus və içərisində şəxsi heyət olan hərbi nəqliyyat vasitəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib. Nazirlik görüntüləri yaysa da, qarşı tərəf itkilər barədə məlumatı yenə də gizlədir.

Müharibəyə əyani HAZIRLIQ, ABŞ-a qaçırılan DÖYÜŞ PLANLARI ...–GÜNÜN SİYASİ XÜLASƏSİ

Düşmənin şəxsi heyətlə dolu hərbi avtomobili məhv edildi - VİDEO