Abşeron rayonu, Xırdalan şəhərində "Kristal Abşeron" MTK-dan oğurluq edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, naməlum şəxs MTK-nın 10 min metr uzunluğunda internet xətlərinin çəkilməsi üçün nəzərdə tutulan optik kabellərini oğurlayib.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlaqda şübhəli bilinən İlkin Şahverdiyev saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində