“Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”.

Publika.az xəbər verir ki, bunu Bakıda səfərdə olan Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs bildirib.

Latviyalı nazir deyib ki, rəsmi Riqa münaqişənin sülh və danışıqlar yolu ilə həll edilməsini istəyir:

“Təkcə ATƏT-in Minsk qrupu ilə deyil, digər beynəlxalq təşkilatlarla da Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində iş aparılması vacibdir”.

Vasif Həsənli