Neft hasilatının azaldılması ilə bağlı monitorinq üzrə nazirlərin görüşünün vaxtı açıqlanıb
Paylaş
188 baxış·1 dəq oxu
Bakı. 13 fevral. REPORT.AZ / OPEK və qeyri-OPEK ölkələrinin neft hasilatının azaldılması ilə bağlı monitorinq üzrə nazirlərin görüşü mart ayında Küveytdə keçiriləcək. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Küveyt əmirliyinin neft naziri Assam əl-Marzuk bildirib. “Görüş mart ayının 26-27-də baş tutacaq”, - nazir deyib.