"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, FIFA-nın prezidenti Canni İnfantinonun rəhbərliyi ilə keçirilən tədbirdə "FIFA 2.0 – The Vision for the Future" strategiyası, "Forward" Proqramı, uşaq və gənclər futbolunun inkişafı və digər mövzular müzakirə olunacaq.
Tədbirə Qırğızıstan, İraq, Suriya, Tacikistan, Türkmənistan, Özbəkistan, Yəmən, Qətər, Namibiya, Nigeriya, Sudan, Tanzaniya, Uqanda, Bosniya və Herseqovina, Kipr, Danimarka, Litva, Serbiya, İsveç, Ukrayna futbol federasiyalarının rəhbər şəxsləri qatılıb.
Qeyd edək ki, toplantıya fevralın 15-də yekun vurulacaq.