Qırğızıstanda qar uçqunu baş verib, 2 uşaq ölüb, 11 nəfər xilas edilib
Paylaş
156 baxış·1 dəq oxu
Bakı. 19 fevral. REPORT.AZ/ Qırğızıstanın Oş vilayətinin Çon-Alay rayonunda bir neçə evin qar uçqunu altında qalması nəticəsində 2 uşaq həyatını itirib. "Report" xəbər verir ki, iki evin qardan təmizlənməsi nəticəsində 11 nəfər xilas edilib, daha iki uşağın meyiti çıxarılıb. Xilas edilən sakinlər dərhal xəstəxanaya yerləşdirilib.