Muğlada Türkiyə prezidenti Ərdoğana sui-qəsd cəhdi iddiası ilə ifadəsi alınan Gökhan Şahin Sönmezateş əmri kimdən aldığını açıqlayıb.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, Sönmezateş: "Mən əmri Semih Terzidən aldım", - deyib.

15 İyul cevriliş cəhdinin ən əhəmiyyətli mərhələlərindən biri olan və Muğlanın Marmaris rayonunda prezidentə sui-qəsd cəhdində təqsirləndirilən 44-ü məhbus, üçü axtarışda olmaqla 47 şübhəli ilə bağlı Muğla 2-ci Ağır Cəza Məhkəməsində proses başlayıb. İddianın bir nömrəli şübhəlisi FETÖ lideri Fətullah Gülən olduğu halda, bir nömrəli hədəf isə prezident Rəcəb Tayyib Ərdoğan qeyd edilib.

Şübhəlilər arasında Ərdoğanın baş yavəri Ali Yazıcı da var.

Məhkəmənin gedişatı ilə bağlı daha geniş məlumatı aşağıdakı videoreportajdan əldə edə bilərsiniz:

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Ərdoğanın ölümünü sifariş verən şəxsin adı AÇIQLANDI - VİDEO - FOTOƏrdoğanın ölümünü sifariş verən şəxsin adı AÇIQLANDI

Ərdoğanın ölümünü sifariş verən şəxsin adı AÇIQLANDI - VİDEO - FOTO
Ərdoğanın ölümünü sifariş verən şəxsin adı AÇIQLANDI - VİDEO - FOTO