İspaniya La Liqasında 2 oyun keçirən və PSJ-ə 0:4 hesabı ilə məğlub olan "Barselona" klubunda baş məşqçinin dəyişiləcəyi deyilir.

Metbuat.az xəbər verir ki, əsas namizəd olaraq Pep Qvardiola iddiası irəli sürülüb. Lakin "Mançester Siti"yə rəhbərlik edən məşqçi "Barselona"ya geri dönməyəcəyini bildirib.

İngiltərə mətbuatı isə əsas hədəf olaraq Yurgen Kloppu qeyd edib. Hal-hazırda "Liverpul"la müqaviləsi olan məşqçinin "Barselona"ya gedə biləcəyi gözlənilir.

Əsmər / Metbuat.az