Afarin Sajedi özünə məxsus üslubi ilə əsərlər yaradan İranlı rəssamdır. O, 1979-cu ildə Tehhranda doğulub.
Tehran Azad Universitetinin sənət və memarlıq fakultəsinin grafika ixtisasından məzun olub. Tehranda bir neçə dəfə rəsm sərgiləri keçirib. Rəssam dərin duyğuları ifadə edən əsərləri ilə tanınır. İlk baxışda iztirablı, sıxıntılı, ağrılı görünən iri qadın gözlərinin arxasında güclü və dözümlü bir simanı sezmək olar.
Rəssam ingilis və fars dillərini bilir. Əsərlərində "Fotoshop", "Freehand" və "Painter" proqramlarından da istifadə edir.
O, müsahibəsində bildirib ki, hamının içində gizlənib qalan qarışıqlığı özümüzə göstərməyə çalışır:
"Qadınlara qarşı dəyişiklikləri görürəm, ancaq feminist idealarını müdafiə edən biri deyiləm".
Afarin ilə reportaj bizə sözdə dəyərləri, əngəlləri, dünyanı çəkiç ilə daha yaxşı hala gətirməyi deyil, səssizlik içində daha çox gücün olduğunu və bir çox sənətçinin də səssizliyi seçdiyini göstərdi.
Bəlkə də bir fərd olaraq Afarin bir-birinə bənzər, cəsur gözəl qadın obrazları yaratmaqla səs-küy yaradan cəhaləti dağıtmağı aşılayır.


Mətbəx əsirinə çevrilmiş qadın obrazı
- Lütfən biraz uşaqlığınızdan danışın. Böyüdüyünüz yerlərdən və s.
- Demək olar ki, 15 il Tehranda yaşamışam. Mən qrafik layihəni, multiplikasiyanı, uşaqlar üçün kitablar və hətta film üçün illüstrasiyanı yönəldən və hərəkət edən etmişəm. 2009-cu ildən bu yana rəsmlə məşğulam.

- Incəsənəti necə təsvir edərsiz?
- Bu sual çoxbucaqlıdır. Mən portretləri rəngləyəndə detallarla, xarakterin emosiyaları ilə işləyirəm. Mən daxili tərəfin illüstratoru olduğumu da iddia etmirəm. Bəzən daxili tərəf mənim mövzumun sakitliyində gizlənir, bunu zillənmiş baxışlarda və simvollarda anlamaq olar, bəzən isə daxili tərəf, obrazın iç dünyası ön plana elə çıxır ki, insan fiqurunun bütün əlamətləri soyundurulur və yeni məxluq ortaya çıxır.

- Şəxsi stilinizi, bədii üslubunuzu necə yaratdınız?
- Mənim işlərimin çoxu qadınları təsvir etməkdir. Mən fikirləşirəm ki, qadınları təsvir etməklə bir növ onların dərdinə şərik oluram. Əlbəttə ki, qadın fikrinin mürəkkəbliyi və qarışıqlığı mənim ideyalarıma yön verir. Mənim istifadə etdiyim texnika əsasən akril və kətan üzərində yağlı boyadır. Sərgidəki şəkillərim isə diyircəkli qələmlə çəkilib. Hər yerdə özümlə albom və sadə karandaş götürüb etüdlər edirəm.

- Ən çox sevdiyiniz rəssam hansıdır?
- Leanardo Mysteriousness. Onun işıqlandırması və Allahabənzər edamları məni məftun edir.

- Həyat fəlsəfəniz nədir?
- Həyat bizim çılpaq gözlə gördüklərimiz deyil, görülə bilənin kənarındadır. Həyat fəlsəfəm görünməyən dünyaları təsvir etməkdir.

- Ölmüş və ya sağ sənətçilərdən kimlərlə iki həftəlik səyahətə çıxardınız?
- Ha-ha... Çətin sualdır. Mən rejissor seçəcəm. Filmləri çox sevirəm. Bu Lars Vo Triyer olacaq. Mən onun yaradıcılıq potensialını, təfəkkürünü, psixiki statusunu xoşlayıram. Onunla səfər ərzində filmlər barədə söhbətlər edərdim.

- Stendal sindromu ilə qarşılaşmısınızmı??
- Bəli, Leanardo Mysteriousessun əsərləri ilə ilk dəfə tanış olanda məni heyrətə gətirdi.

- Qarşıda bizi nə yeniliklər gözləyir?
- Romada Doroty Circus galareyası Tehranda Etemad galareyası ilə işləyirəm.

Söhbətləşdi Dəniz Pənahova