Kamran Ağayev yenə cəzalandırıldı

Kamran Ağayev yenə cəzalandırıldı
17:12 22 Fevral 2017
113 İdman
Ölkə mətbuatı
A- A+

Millimizin üzvü Kamran Ağayev "Boavişta"nın növbəti oyununda da iştirak edə bilməyəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Portuqaliya mətbuatı məlumat yayıb. Belə ki, cəza müddəti başa çatdıqdan sonra əsas heyətdə yerini itirən futbolçu ötən gün tibbi müayinədən keçib.

Müayinədən sonra 31 yaşlı qolkiperin əzələsində problem olduğu üzə çıxıb. Həkimlər onun həftəsonu XXIII tur oyununda meydana çıxmamasını məsləhət görüblər. 

Qeyd edək ki, "Boavişta" növbəti tur çərçivəsində fevralın 26-da öz meydanında "Portu"nu qəbul edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/520209.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı