Nazirlik fiziki qüsurlu tələbələri bu MÜKƏLLƏFİYYƏTDƏN AZAD ETDİ

Nazirlik fiziki qüsurlu tələbələri bu MÜKƏLLƏFİYYƏTDƏN AZAD ETDİ
17:28 22 Fevral 2017
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir neçə fiziki qüsurlu tələbə təhsil haqqından azad edilib.

Publika.az xəbər verir ki, bu haqda təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında yazıb:

“Əziz dostlar, çox gözəl bir xəbəri sizinlə bölüşmək istəyirəm. Bilirsiz ki, uzun illərdir ki, sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə yaxından məşğul oluram (O məktəbin müəllimi olmasam da). Təmannasız olaraq hazırlığım abituriyentlər yüksək ballarla dövlət və özəl ali məktəblərə qəbul olublar.

Xatırlayırsızsa, onların təhsil haqqı ödəyə bilməməsi və işlə təmin olunması ilə bağlı məsələni gündəmə gətirdim. Bu zaman hörmətli millət vəkili Qənirə Paşayeva məsələni diqqətdə saxladı və Təhsil Nazirliyi, başda nazir Mikayıl Cabbarov olmaqla həssaslıqla yanaşıb işlə təmin olunma problemini qısa müddətdə aradan qaldırdılar.

Bu gün Təhsil Nazirliyi daha böyük bir addım atdı. Hörmətli millət vəkili Qənirə xanım bir müddət əvvəl məndən sağlamlıq imkanları məhdud olan şagirdlərimin siyahısını istədi. Mən 15-ə qədər hazırda təhsil alan tələbənin (bunlardan əlavə 7-si bitirib) siyahısını təqdim etdim. Onların arasında dövlət universiteti ilə yanaşı özəl universitetdə təhsil alan tələbələrdə var idi.
Bu gün həmən tələbələri oxuduqları universitetlərin rəhbərlikləri dəvət edib və onların hər birinə təhsil haqlarının Təhsil Nazirliyi tərəfindən ödənilməsi ilə bağlı ödəniş qəbzləri təqdim olunub.
Azərbaycan Respublikası Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud (1 və 2-ci qrup) tələbələri təhsil haqqından azad edib. Təhsil naziri Mikayıl Cabbarova və deputat Qənirə Paşayevaya təşəkkür edirəm. Bu tələbələr üçün böyük stimul olacaq”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/188893.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı