Makedoniya parlamentinin üzvü: "Dünya birliyi Xocalı soyqırımına hüquqi qiymət verilməlidir"

Makedoniya parlamentinin üzvü: "Dünya birliyi Xocalı soyqırımına hüquqi qiymət verilməlidir"
18:42 22 Fevral 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünya Ermənistanın Qarabağda və Xocalıda həyata keçirtdiyi soyqırım siyasətinə dur deməlidir.

Milli.Az xəbər verir ki, bu sözləri Makedoniya parlamentinin deputatı, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyəti sədri Enes İbrahim Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı təssüratlarını bölüşərkən bildirib.

"XX əsrin ən böyük soyqırımlarından biri də Xocalı soyqırımıdır. Bu mövzuda danışmaq dəhşətlidir və insanın gözünün qarşısında soyqırımı əks etdirən kadrlar bir anlıq canlanır. İnsanlığa sığmayan bu vəhşiliklər təəssüflər olsun ki, baş verdi. Gün gələcək bunu edənlər beynəlxalq qanun qarşısında cavab verəcəklər".

Enes İbrahim işğalçı Ermənistanın separatçı Qarabağ rejiminin beynəlxalq hüququn subyekti kimi tanıtdırmaq siyasətinin fiaskoya uğradığını qeyd etdi.

"Azərbaycan bölgədə önəmli iqtisadi layihələrə imza atmaqla Ermənistanı oyundan kənar vəziyyətə gətirib. Bu gün Ermənistanın çıxış yolu Azərbaycanla anlaşmaq getməsidir. Əks-təqdirdə Ermənistanın siyasi-iqtisadi vəziyyəti pisləşəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/520255.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı