Lənkəran rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Publika.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının Liman şəhərindən keçən hissəsində qeydə alınıb.
Hələlik qəzanın baş vermə şəraiti və sürücünün kimliyi məlum deyil. Yaralı Dəstəgül Əzəmət qızı Şəmiyeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
57 yaşlı mərhumun üzərindəki sənəddə onun əslən Şamaxı rayonundan olduğu, hazırda Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq qəsəbəsində yaşadığı məlum olub. Qadının jurnalist olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.