Erkən oyanmağın 5 faydası

Erkən oyanmağın 5 faydası
08:05 23 Fevral 2017
181 Ölkə
Ölkə mətbuatı
A- A+

Aparılan araşdırmalar sübut edib ki, yuxudan erkən saatlarda oyanmaq insan səhhətinə yaxşı təsir edir.

Alimlərin iddiasına görə, bunun həm mənəvi, həm də fiziki baxımdan faydalarını sadalamaqla bitməz.

Erkən oyananlar daha enerjili olurlar

Milli.A saqlamheyat.az-a istinadən bildirir ki, gec yatıb səhər oyana bilməyənlər gün boyu özlərini yorğun hiss edirlər. Bu isə həm iş həyatına, həm də şəxsi həyata mənfi təsir edir. Belə insanlar vaxtı düzgün bölə bilmədikləri üçün dostları ilə görüşləri, əyləncələri qaçırırlar.

Erkən oyananlar özünü xoşbəxt hiss edir

Erkən qalxanlar özlərini daha xoşbəxt hiss edirlər. Alimlər bunu səhər saatlarında havada ionların çox olması ilə əlaqələndirirlər.

Depressiya riski azalır

Erkən oyananların depressiyaya düşmək riski olduqca azdır. Bunun səbəbi gec yatıb gec oyananlardan fərqli olaraq özlərini daha enerjili və xoşbəxt hiss etmələridir.

Sağlam qidalanmağa sövq edir

Araşdırmalar göstərib ki, gecə gec yatıb səhər oyanmaqda çətinlik çəkənlər yeməyə meyilli olurlar. Belə insanlar gün ərzində fast-food və şirniyyat yeməyə üstünlük verirlər. Tez yatıb erkən oyananlar isə özlərini gün boyu enerjili və tox hiss edirlər. Ona görə də meyvə-tərəvəz kimi sağlam qidalara üstünlük verirlər.

Araşdırmalar göstərib ki, səhərlər erkən oyananlar daha nikbin olurlar. Onlar çətinliklərlə üzləşsələr də, əsla yollarından dönmürlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/519813.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR