Elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut 9 ay müddətində gömrük rüsumundan azad olunub

Elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut 9 ay müddətində gömrük rüsumundan azad olunub
09:32 23 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycanda elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut 9 ay müddətində gömrük idxal rüsumuna cəlb olunmayacaq.
"Report"un xəbərinə görə, bununla bağlı Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib.
Dəyişikliyə əsasən, Azərbaycanın 2017-ci il üzrə yanacaq-enerji balansına uyğun olaraq, Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxal rüsumuna cəlb olunmayacaq.
Bu qərar martın 25-də qüvvəyə minəcək və 2018-ci ilin 1 yanvar tarixinədək qüvvədə olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/elektrik-enerjisinin-istehsali-ucun-idxal-olunan-mazut-9-ay-muddetinde-gomruk-rusumundan-azad-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı