İnternetin müsbət və mənfi cəhətləri - Bunları bilirsiniz?

İnternetin uşaq və gənclər üzərindəki mənfi təsirlərindən biri də kompüter oyunlarıdır. Normal oyunların uşaqların fiziki, zehni və romantik istiqamətlərinin inkişafında bir çox faydası var. Lakin indiki vaxtda bir çox oyunlar asılılıq yaradır və zorakılıq meyllərini artırır. Zorakılıq məzmunlu oyunlar gənclər və uşaqlarda qumar və içki asılılığı kimi ruhi pozğunluqlar yaradır.

Bütün bu mənfi hallarla yanaşı, internet şagirdlərin öyrənmə vərdişlərini və məlumat təcrübələrini zənginləşdirmək üçün istifadə edə biləcəkləri vasitədir. İnternetdən ünsiyyət, araşdırma, məlumat almaq üçün istifadə edilir.

İnternet hər kəsin özünü ifadə edə bildiyi, milyonlarla düşüncənin iştirak etdiyi virtual dünyadır. İnternetin yayılmasına ən çox təsir edən amillərdən biri də elektron ticarətdir. Elektron ticarət sayəsində dünyanın hər hansı yerindəki hər hansı bir virtual alver mərkəzindən istənilən məhsulu sifariş verə və bir neçə gün ərzində bu məhsulu təslim ala bilərsiniz.

İnsanların çoxu internet və e-Ticarət sayəsində daha rahat alver edə bildikləri kimi, oturduqları yerdən bütün dünya ilə ünsiyyət qura bilməkdədirlər.

Texnologiya biz istəsək də, istəməsək də həyatımızın bir hissəsinə çevrilib. Bu, internet üçün də belədir. Çalışmalıyıq ki, internet istifadəsində də ifrata varmayıb bu əhəmiyyətli ünsiyyət vasitəsindən öz faydamız üçün istifadə edə bilərik.

Əsmər / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı