Türkiyənin Uşak şəhərində “FETÖ” üzvlərinə qarşı polis tərəfindən xüsusi əməliyyat keçirilib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Uşakın 20 bölgəsində orta məktəb və digər təhsil müəssisələrində çalışan 17-si qadın olmaqla 52 nəfər şübhəli saxlanılıb.
Eyni vaxtda Uşakda keçirilən digər əməliyyat zamanı 20 nəfər, Konyanın 31 bölgəsindəki əməliyyat zamanı 100 nəfər şübhəli tutulub.
Saxlanılan şəxslər “FETÖ” ilə əməkdaşlıq etməkdə və bu təşkilata üzvlükdə ittiham olunurlar. Hazırda onlarla bağlı istintaq araşdırmaları aparılır.
Vasif Həsənli