"Bu gün Azərbaycan və İtaliyanın "Finmeccanica" şirkəti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında saziş imzalanacaq".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan-İtaliya biznes-forumunda iştirak etmək üçün Bakıya gəlmiş İtaliyanın iqtisadiyyat naziri Pyer Karlo Kalenda deyib.
Nazir qeyd edib ki, bu gün Azərbaycanda İtaliyanın ölkəyə investisiya yatırmaq istəyən 4 böyük şirkəti var.
"Onlar İtaliyanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən iri şirkəti "Finmeccanica", "Danieli" metallurgiya şirkəti, İtaliyanın fındıqçılıq sahəsində ən iri şirkəti "Ferrero" və "Telecom Italia Sparkle" telekommunikasiya şirkətidir".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində