O qəsəbədə nə baş verir? - İnsanlar təlaş içindədir... - VİDEO

İspaniyanın Əndəlüs əyalətinin Belmez Moraleda adlı kiçik qəsəbəsində 2000-ə yaxın adam yaşayır. Bu qəsəbədə alimlərin çözə bilmədiyi qəribə hadisələr baş verib.

Metbuat.az xəbər verir ki, 1971-ci il, 23 avqustda Rodrigez Akosta küçəsi, ev 5-də yaşayan Pereira Maria və Migel ailəsinin başına çox qəribə bir hadisə gəlib. Maria ilk öncə mətbəxdən gələn qəribə səslər eşitməyə başlayıb. Qapıdan baxanda mətbəxin ortasında əcayib bir şəkil görünüb. İlk gün sanki, bir insan üzünü xatırlatsa da, sonrakı günlərdə üz şəkli müxtəlif insan formalarında divarda canlanmağa başlayıb və daha aydın görünərək hərəkət də edib. Divarda yaranan insan üzləri çox kədərli görünürmüş. Hətta qəsəbədəki kilsənin divarında yepiskopun şəkli də canlanırmış. Divarın içində bir oyuq tapılıb. Oyuğun içində insan bədəninin sümükləri və iki kəllə sümüyü aşkarlanıb. Sümüklərdə aparılan araşdırmalar nəticəsində aydın olub ki, sümüklər 13-cü yüzillikdən qalma gənc insanlara aiddir. Bu sümükləri toplayıb katolik kilsəsindəki məzarlıqda basdırıblar.

Bu əcayib hadisə ilə nəyinki kilsə xadimləri, hətta siyasətçi və bürokratlar da maraqlanmağa başlayıb. Hadisə o qədər böyüyür ki, qəsəbəyə turistlər gəlməyə başlayır. Məcburən araşdırmaları dayandırılır.

Araşdırmaların bəzisində güman olunur ki, bu Migelgilin qonşusu, Qomez ailəsinin rəssam olan böyük oğlunun zarafatlarıdır.

1972-ci ildə Belmez qəsəbəsinə professor German De Arqumosa gəlib. German de Arqumosa çox tanınmış parapsixoloqdur. O, labaratoriyasında digər aləmdən gələn varlıqların səsini dinləmə cihazına qeyd edib. Professor gələrkən dünyaca tanınmış Friburq universitetinin professoru Hans Benderi də özü ilə gətirir. 

Ev möhürlənir, 3 ay müddətinə bağlı saxlanılır. 3 ay sonra möhürlər sökülür. Dəyişən heç nə olmur. Əksinə, yeni simalar da peyda olur.

Bütün bu araşdırmalar Kodak texniki rəsmlər labaratoriyası tərəfindən titiz şəkildə çəkilir və arxivlənir. Qorxunc rəsmlər sadəcə üz deyil, zaman keçdikcə qol, ayaq bədən formaları almağa başlayır. Rəsmlər üz mimikasını dəyişib bəzən təbəssüm göstərirmişlər.

Professorun səs yazma cihazına yazdığı səsdən bir neçə cümlə belə idi:

"Diqqət! German mətbəxdəki suvağı qazır".

"Maria, məni xilas et, mən buranı tərk etmək istəyirəm".

"Daha dərinə basdırmağa çalışıram".

"Burada başladı".

Həmin ərazidə hazırda da paranormal hadisələr davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR