"2016-cı ilin yayında təsadüfən rastlaşdığım qardaş özbək tarixçi - publisist Şöhrət Salamovun (Şöhrət Barlas) "Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaqlar Fərqanədən Qarabağa qədər" kitabını oxuduqdan sonra qərara gəldim ki, onu Azərbaycan dilinə tərcümə etdirim".
Milli.Az xəbər verir ki, bunu Milli Məclisin üzvü Fəzail Ağamalı bildirib.
Deputat qeyd edib ki, tərcümə işi bitdikdən sonra kitabı çapa veriləcək: "Artıq kitab doğma dilimizə tərcümə olunub. Onu kitab halında çap etdirmək fikrindəyəm".
Qeyd edək ki, F.Ağamalı öz Facebook səhifəsində kitabdan bəzi seçmələri də təqdim edib.
Pünhan Mirzə
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində