"Azərbaycan Türkiyə şirkətlərini müxtəlif sahələrdə birgə müəssisələrin yaradılmasına dəvət edir".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes-forumu zamanı Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.
O bildirib ki, Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı sahəsində münasibətləri idxal-ixrac seqmentindən birgə məhsul istehsalı seqmentinə keçirmək lazımdır.
Nazir deyib:
"Ötən il Türkiyə Azərbaycandan 100 milyon dollar həcmində kənd təsərrüfatı məhsulu ixrac edib. Bu iki ölkə arasında yaxşı göstəricidir, amma artıq münasibətlərin yeni səviyyəsinə keçmək lazımdır. Kənd təsərrüfatı məhsullarının istehsalı üçün birgə müəssisələrin yaradılması hər iki ölkə üçün faydalı olardı".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində