"Real"ın müdafiəçisi Rafael Varan sıradan çıxıb.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, fransalı futbolçu "Valensiya"ya qarşı La Liqanın XVI turundan təxirə salınmış görüşdə ayağından xəsarət alıb.
Qarşılaşmanın 73-cü dəqiqəsində zədələnərək yerini komanda yoldaşı Naçoya verən 23 yaşlı oyunçunun əzələsində problem aşkarlanıb. İlkin tibbi müayinədən sonra onun ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Ancaq Varan daha bir dəfə MRT-dən (Maqnit Rezonans Tomoqrafiyası) keçəcək.
Qeyd edək ki, "Valensiya"ya 1:2 hesablı məğlubiyyətə baxmayaraq, "Real" liderliyini qoruyub.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində