x
Loading...

Bakı metrosunda bunu etməyin, yoxsa ölə bilərsiniz! - VİDEO

Zaman-zaman metro stansiyalarında yaşanan xoşagəlməz hadisələr insan ölümü ilə nəticələnir. Ani diqqətsizlik belə ciddi problemlərə yol açır. Belə halların yaşanmaması üçün "Bakı Metropoliteni" QSC maarifləndirici videoçarx hazırlayıb.

Bu barədə Metbuat.az-a açıqlama verən "Bakı Metropoliteni" QSC-ninmətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirdi ki, hazırlanan video metroda təhlükəsizlik qaydaları ilə bağlıdır:

“Bəzən olur ki, stansiyada insanların əlində olan hər hansı bir əşya qatar relslərinin arasına düşür. Bəzən də sərnişinlər həmin əşyanı götürmək üçün özlərini relslərin üzərinə atırlar. Amma bu addımın onların həyatı üçün nə qədər təhlükəli olduğunu bilmirlər. Maarifləndirici bir çarxdır”.

Metbuat.az sözügedən videonu təqdim edir:

Rəvan Nasiroğlu

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR