“Xocalı soyqırımı” kitabı macar dilində nəşr edilib

“Xocalı soyqırımı” kitabı macar dilində nəşr edilib
16:32 23 Fevral 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar Azərbaycanın Macarıstandakı səfirliyi tarix elmləri doktoru, Azərbaycan Milli Məclisinin sabiq deputatı Havva Məmmədovanın “Xocalı soyqırımı” kitabını macar dilində nəşr edib.
Bu barədə “Report”a Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.
Məlumata görə, indiyə qədər bir sıra dillərə tərcümə olunan bu əsər 1992-ci ilin fevral ayında tarixi Azərbaycan şəhərində yaşanan insanlıq dramının bütün dəhşətlərini əks etdirir.
Kitaba Xocalı qurbanlarının tam siyahısı və erməni vəhşiliyini göstərən çoxsaylı illüstrativ material əlavə olunub. Səfir Vilayət Quliyevin yazdığı əhatəli müqəddimədə Xocalı soyqırımını törədən Ermənistan rəhbərliyinin yalnız Azərbaycan xalqı deyil, insanlıq və müasir sivilizasiya qarşısında, bəşəri dəyərlər qarşısında məsuliyyət və cavabdehlik məsələsi qaldırılır.
Bir sıra macar saytları artıq kitabdan Xocalı soyqırımı şahidlərinin və xarici media nümayəndələrinin şahid ifadələrini öz səhifələrində yerləşdiriblər. Əsərin macar dilində nəşri haqqında ölkənin aparıcı mətbuat orqanlarından biri “Madyar Hirlap” qəzetində ayrıca məlumat verilib.
Kitabın bütün tirajının Macarıstan parlamentinin üzvləri, mətbuat və qeyri-hökumət təşkilatlarının nümayəndələri, kitabxanalar və ayrı-ayrı tanınmış ictimai-siyasi xadimlər arasında yayılması nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/xocali-soyqirimi-kitabi-macar-dilinde-nesr-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı