"Avropa ölkələrinin gözü Azərbaycandadır" - Natiq Əliyev

"Avropa ölkələrinin gözü Azərbaycandadır" - Natiq Əliyev
16:59 23 Fevral 2017
82 Digər
Ölkə mətbuatı
A- A+

"Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının III iclasının keçirilməsi Azərbaycan üçün önəmli bir hadisədir. "APA-Economics" xəbər verir ki, bunu bugünkü mətbuat konfransında energetika naziri Natiq Əliyev deyib.

 

Onun sözlərinə görə, bu gün Avropa ölkələrinin gözü Azərbaycandadır: "Cənub Qaz Dəhlizi" layihəsi prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılır. Layihənin reallaşdırılmasına bir neçə il öncə başlanılıb. Dünya iqtisadiyyatında maliyyə böhranının müşahidə edildiyi bir vaxtda bu layihənin həyata keçirilməsi böyük səy tələb edir. Eyni zamanda mövcud vəziyyət tələb edir ki, səylər birləşdirilsin".


N. Əliyev qeyd edib ki, layihənin həyata keçirilməsində ən mühüm məsələlərdən biri maliyyələşmə ilə bağlıdır: "Dünya Bankı, Asiya İnkişaf Bankının nümayəndələri bu tədbirdə iştirak ediblər. Onlar bəyan etdilər ki, bu layihəyə maraq göstərirlər və layihənin maliyyələşməsində iştirak edəcəklər".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268365

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı