Dünyadan SİRLİ QAÇIŞ, Xomeyni kimi dönmək PLANI... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
163 baxış·7 dəq oxu
Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclası
keçirilir.Cənubi-şərqi Asiyada sular isinir.Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Əl-Bab
mahalının mərkəzini ələ keçirib. İraq təhlükəsizlik gücləri isə
Mosulda strateji nöqtə olan hava limanını İŞİD-dən
təmizləyib.
Bu gün Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının
III iclası öz işinə başlayıb. Tədbirə Azərbaycan
Prezidenti İlham Əliyev də qatılıb. Ölkə başçısı tədbirdə nitq
söyləyib.
Tədbirdə yekun olaraq “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası
çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən “Birgə
Bəyannamə”nin imzalanması planlaşdırılır.
"Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının ilk iclası 2015-ci il
fevralın 12-də, ikinci iclası isə ötən il fevralın 29-da
keçirilib.
Rusiya xarici işlər naziri Sergey Lavrovun dünən
Moskvada Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşdə
Dağlıq Qarabağla bağlı açıqlaması diqqət çəkdi.
Lavrov “Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ATƏT-in
Minsk qrupu formatının alternativi yoxdur” deyə bildirib.
Minsk qrupunun 20 ildən artıq dövr ərzində münaqişənin həlli ilə
bağlı heç bir irəliləyiş əldə etməməsi fonunda rəsmi Bakı bu
formatın səmərəsiz olduğu tezisini irəli sürür. İrəvan isə
mövcud-statusun saxlanılmasına şərait yaradan bu formatı israrla
dəstəkləyir. Bu baxımdan, Lavrovun Nalbandyanla görüşdə İrəvanın
mövqeyinə yaxın fikirlər səsləndirməsinin səbəbləri
maraqlıdır.
Moskvadan İrəvana “Qarabağ hədiyyəsi”: Kremlin YENİ OYUNU
Kremlin çirkin OYUNU
“Qlobal güclərin dünyanı bölüşdürmək istəkləri
münaqişələrin eskalasiya riskini gücləndirir”.
Bu barədə Almaniyanın “Di Welt” nəşri yazıb.
Nəşr qeyd edir ki, son 50 ildə dünya bu qədər müharibəyə yaxın
olmayıb: “Müharibələr təhlükəsi artır, dünya həlledici anın
kandarındadır”.
Alman nəşri yazır ki, NATO Rusiya sərhədlərində möhkəmlənməyə
başlayanda hər şey yenidən qarışdı və Rusiya əks-həmləyə
keçib.
Ermənistan Rusiyadan 4 ədəd İsgəndər-M raket
kompleksi alıb. Bu barədə informasiya Stokholm Sülh
Problemlərinin Tədqiqatı İnstitutunun (SİPRİ) hesabatında yer alıb.
Hesabata əsasən, İrəvan bu komplekslər üçün həmçinin 25 raket də
əldə edib.
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir
Jirinovski ənənəsinə uyğun olaraq növbəti bəyanatla çıxış
edib. Siyasətçi “Rossiya” televiziyasında çıxışı
zamanı bildirib ki, Rusiya sərhədlərindəki bütün NATO qoşunlarına
cavab verəcək.
“Siz baltiklilərə NATO qoşunları lazımdır? NATO qoşunları
Baltikyanı ərazilərdə olsa, sizdən heç nə qalmayacaq. Bu addımı
sizə nifrət etdiyimizə görə yox, NATO qoşunları sərhədlərimizdə
dayandığına görə atacağıq”, – deyə o bildirib.
Cənubi-şərqi Asiyada sular isinir. Dünyanın ən sıx
dəniz yoluna təkbaşına nəzarət etmək istəyən Çin ABŞ və Cənub
Asiyadakı qonşularına meydan oxuyur. Çin Cənubi Çin
dənizində uzun mənzilli raket batareyalarının yerləşdiriləcəyi
20-dən çox bazanın inşasını tamamlamağa yaxındır.
Hərbi bazalar ABŞ tərəfindən hərbi təhdid olaraq
qiymətləndirilir. Çin dünya dəniz ticarətinin təxminən üçdə birinin
reallaşdırıldığı Cənub Çin dənizinin sularının az qala hamısına
iddia edir. Dəniz sularına digər iddiaçılar Bruney, Malayziya,
Filippin, Tayvan və Vyetnamdır.
ABŞ prezidenti Donald Trampın administrasiyası Cənub Çin
dənizində Çin tərəfindən süni adaların tikilməsini qeyri-qanuni
hesab edir. ABŞ-ın “Carl Winson” təyyarədaşıyan gəmisi patrul
səfəri çərçivəsində ötən bazar günü bölgəyə gəlib.
Dünya nüvə müharibəsinin bir addımlığında: ll KARİB BÖHRANI
Çin ABŞ və Cənub Asiyadakı qonşularına meydan oxuyur.
İraq təhlükəsizlik gücləri İŞİD terror
qruplaşmasının nəzarət etdiyi Mosul hava limanını ələ
keçirib. Qeyd edək ki, Mosulun şərqi 2016-cı ilin
oktyabrdan başlanan əməliyyatın gedişatında İŞİD qruplaşmasından
tamamilə azad edilib. Şəhərin qərb hissəsi hələ ki terrorçuların
nəzarəti altında qalır.
İraq təhlükəsizlik gücləri iki gün əvvəl şəhərin qərb hissəsini
İŞİD-dən təmizləmək üçün əməliyyatlara başlayıb.
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu
Əl-Bab mahalının mərkəzini ələ keçirib. Əl-Babın ələ
keçirilməsi ilə bölgədə xəritə də dəyişib. Azad Suriya Ordusu
Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə hazırda İŞİD-in
yerləşdirdiyi minaları təmizləyir.
“Fərat Qalxanı” Hərəkatının 184-cü günündə 1900 kvadrat
kilometrdən çox ərazi terror təşkilatlarından təmizlənib. Bununla
da Türkiyə ordusu Suriyanın 35 kilometr dərinliyinə çatıb.
Suriyada İŞİD-ə qarşı mübarizənin gücləndirilməsi
üçün daha çox əsgərə ehtiyac duyuruq. Bunu
jurnalistlərə açıqlamasında ABŞ Mərkəzi Qüvvələr Komandanı Jozef
Votel söyləyib.
Qeyd edək ki, hazırda ABŞ-ın Suriyada 500 hərbçisi var.
Prezident Donald Tramp bir müddət əvvəl Pentaqona İŞİD-lə mübarizə
ilə bağlı xüsusi plan hazırlaması haqqında əmr verib. İddialara
görə, Tramp bu plan sayəsində Suriyada neytral bölgələr yaratmaq
istəyir.
ABŞ-ın Respublika Partiyasının üzvü, senator Con
Makkeyn bu həftə Ankarada Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla
görüşməmişdən öncə Suriyaya gizli səfər edib. Türkiyə
KİV-inin yazdığına görə, Makkeyn Suriyanın şimalında terror
təşkilatı PKK-nın qolu olan PYD/YPG üzvlərinin təmsil olunduğu
Suriya Demokratik Güclərinə dəstək verən amerikalı əsgərlərlə
görüşüb.
Makkayenin səfəri ilə bağlı rəsmi açıqlamada məqsədin İŞİD-in
tamamilə məhv edilməsi olduğu deyilir.
Lakin “The Wall Street Jorunal” nəşri Makkeynin 2015-ci ildə
İŞİD-dən təmizlənən Kobaniyə getdiyini və orada YPG liderləri ilə
görüşdüyünü yazıb.
Qeyd edək ki, Makkeyn “müharibə partiyası” olaraq tanınan
respublikaçıların “ağır topu” hesab olunur.
Rusiya Suriyanın daxili işlərinə qarışmağı qarşısına
məqsəd qoymayıb. Bunu Şimal donanmasının zabitləri
qarşısında çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin
söyləyib.
Putin həmçinin Rusiya və keçmiş SSRİ respublikalarından Suriya
döyüşmək üçün gedən insanların sayını açıqlayıb. "Bizim ilkin
məlumatlarımıza görə, onların sayı minlərlədir. Federal
Təhlükəsizlik Xidmətinin məlumatına görə, Rusiyadan dörd, keçmiş
Sovet İttifaqının respublikalarından beş minə qədər insan Suriyaya
gedib”, - prezident deyib.
Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri
Fəthullah Gülən Xomeyni kimi dönmək üçün fürsət
gözləyir. Bunu “Amerikanın səsi” radiosuna İraqın
keçmiş lideri Səddam Hüseyni sorğulayan agent kimi tanınan Con
Nikson bildirib.
“Gülən hələ də Xomeyni kimi qayıtmaq üçün planlar qurur”, - deyə
Nikson vurğulayıb.
O həmçinin bildirib ki, ABŞ Türkiyə kimi müttəfiq bir ölkədə
hərbi çevriliş cəhdlərini dəstəkləməyəcəyini deyib. Con Nikson sadə
amerikalıların Güləni tanımadığını, amma Türkiyədə Gülənin rejimə
təhdid hesab edilməsini qəbul etdiyini söyləyib.
Misirdə hərbi çevrilişlə hakimiyyətə gələn
Əbdülfəttah əl-Sisi İsrailə təklif edib ki, fələstinlilər Sinay
yarımadasına yerləşdirilsinlər. İddia İsrail
tərəfindən təkzib edildikdən qısa müddət sonra təqaüddə olan
israilli bir general tərəfindən təsdiqlənib.
İsrailli general Arieh Eldad bildirib ki, Misir prezidenti Sinay
yarımadasının bir hissəsində Fələstin dövlətinin qurulmasını təklif
edib.
Misir prezidentindən İsrailə ŞOK TƏKLİF
İddia İsrail tərəfindən təkzib edildikdən qısa müddət sonra təqaüddə olan israilli bir general tərəfindən təsdiqlənib.
Bu gün Ukrayna Ali Radasının “Pyotr Poroşenkonun
Bloku” fraksiyasının üzvü Aleksey Qonçarenkonu oğurlanması haqqında
xəbər yayıldı.
Ukrayna Baş prokurorluğunun mətbuat katibi Larisa Sarqan
bildirib ki, hüquq-mühafizə orqanlarının bölmələri hazırda fakt
üzrə işləyirlər.
“Pyotr Poroşenkonun Bloku” fraksiyasının üzvü Olqa Çervakova isə
jurnalistlərə dedi ki, baş prokuror Yuri Lusenkonun sözlərinə görə,
Aleksey Qonçarenko işgəncə məqsədi ilə separatçılardan ibarət qrup
tərəfindən oğurlanıb.
Lakin bir qədər sonra Aleksey Qonçarenkonun “oğurlanması”nın
səhnələşdirildiyi ortaya çıxıb. Ali Radanın üzvü oğurlanmasının
səhnələşdirilməsi üzrə xüsusi əməliyyatın təfərrüatlarını
“Newsone”yə danışıb.
Deputatın sözlərinə görə, hüquq-mühafizə orqanları ona qabaqcadan
xəbərdarlıq ediblər ki, separatçı qrup onu oğurlamağa
hazırlaşır.
“Bu, xüsusi xidmət orqanlarımızın xüsusi əməliyyatı idi. Ağır
cinayətlərin seriyasını planlaşdıran, həmçinin mənə ağır bədən
xəsarətləri yetirməyə çalışan bütöv qrup saxlanılıb”, - Qonçarenko
bildirib.
Yaponiya Xarici İşlər Nazirliyi Rusiyaya nota
verib. Buna səbəb Rusiyanın Kuril adalarında diviziya
yerləşdirmək istəyi olub. Rəsmi Tokio notada Rusiyanın
fəaliyyətinin təəssüf hissi yaratdığını bildirib.
Qeyd edək ki, Kuril adaları artıq uzun müddətdir Rusiya və
Yaponiya arasında əsas mübahisə mövzusudur. Rəsmi Tokio Moskvadan
öz ərazilərinin geri qaytarılmasını tələb edir.
Birləşmiş Millətlər Təşkilatı Liviyanın öldürülən
lideri Müəmmar Qəddafinin oğlu Seyfülislam Qəddafinin Beynəlxalq
Cəza Məhkəməsinə təhvil verilməsini tələb edir.
S.Qəddafi beş il həbsdə olduqdan sonra ötən il azadlığa çıxıb və
indiyə qədər onun yerini bilən yoxdur.
Qəddafinin qeybə çəkilən oğlu barədə ŞOK QƏRAR: DÜNYADAN SİRLİ QAÇIŞ - FOTOLAR