Regionda yeni format - Azərbaycandan Avropanın təhlükəsizliyinə töhfə

Regionda yeni format - Azərbaycandan Avropanın təhlükəsizliyinə töhfə
20:05 23 Fevral 2017
77 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan ulu öndər Heydər Əliyevin həyata keçirdiyi iqtisadi-siyasi strategiyanın davamı olaraq prezident İlham Əliyevin rəhbərliyi ilə dünyaya bir çox töhfələr verib, nümunələr yaradıb, modellər ortaya qoyub. İndi isə dövlət başçısının təbirincə desək, Azərbaycan "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatı yaradıb. Əslində isə bu formatı elə dövlət başçısının özü yaradıb. Azərbaycanın liderliyi ilə yaradılan yeni əməkdaşlıq formatı həm Avropanın milli təhlükəsizliyinə töhfə olacaq, həm də Avropa İttifaqı ilə əlaqələrin inkişafına zəmin yaradacaq".

İlham Əliyev: "Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələsidir və enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyidir"

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov prezident İlham Əliyevin fevralın 23-də Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısındakı çıxışına münasibətində bildirib.

Millət vəkilinin fikrincə, Azərbaycanın liderliyi ilə həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi Avropanın təkcə enerji təhlükəsizliyində yox, milli təhlükəsizliyində də birbaşa mühüm rol oynayacaq: "Bu fikri təkcə Azərbaycan prezidenti yox, Avropanı təmsil edən və bu layihəsə iştirak edən dövlətlərin rəsmi nümayəndələri və tanınmış ekspertləri də vurğulayırlar.

"Cənub Qaz Dəhlizi" layihəsinin uğurla həyata keçirilməsi Azərbaycanla Avropa İttifaqı arasında da gələcək əlaqələrin üçün vacib amildir və onların inkişafı üçün münbit şərait yaradır.

Bu gün keçirilən toplantının əhəmiyyəti həm də ondadır ki, iştirakçı dövlətlərin nümayəndələrinin sayı ilə yanaşı sanbalı da artıb. Orada ABŞ-ın dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini, Böyük Britaniyanın Azərbaycanla ticarət üzrə nümayəndəsinin, eləcə də layihənin iştirakçısı olan bir sıra digər dövlətlərin nazirlər və səfirlər səviyyəsində iştirak etməsinin özü də mühüm göstəricidir. Diqqət çəkən məqamlardan biri odur ki, toplantıda böyük maliyyə qaynaqlarına malik olan şirkətlər və banklar təmsil olunublar. Burada Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bakı, Asiya İnkişaf Bankı və s. bu kimi böyük maliyyə qurumlarının iştirakı onu göstərir ki, layihəni maliyyələşdirəcək təşkilatlar da buradan gəlir götürəcəklərinə tam əmindirlər. Bu isə bir daha əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan strategiyanın birbaşa təntənəsi, prezident İlham Əliyevin siyasi iradəsi və prinsipial mövqeyinin nəticəsidir".

A.Hüseynov hesab edir ki, gələcəkdə bu layihə bizə iqtisadi dividentlər gətirib həyatımızda mühüm rol oynamaqla yanaşı, Azərbaycanın siyasi nüfuzunu daha da artıracaq, eləcə də Dağlıq Qarabağ probleminin həll olunmasında da öz töhfəsini verəcək: "Çünki Avropa dövlətləri də maraqlı olacaqlar ki, Qafqaz regionunda stabillik olsun ki, onların enerji təchizatında hər hansı problem yaranmasın".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/520624.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR