İdmançımız "Fights Night Global 59"un qalibi oldu

İdmançımız "Fights Night Global 59"un qalibi oldu
21:59 23 Fevral 2017
121 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyada keçirilən "Fights Night Global 59" əlbəyaxa döyüşündə Azərbaycan idmançısı qalib gəlib

 

Rusiyada MMA üzrə keçirilən “Fights Night Global 59” əlbəyaxa döyüşündə Azərbaycan idmançısı qalib gəlib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva vilayətinin Ximki şəhərində yerləşən arenada keçirilən döyüşdə rinqə çıxan azərbaycanlı idmançı, Qəbələ İdman Klubunun üzvü, MMA üzrə dünya və Asiya çempionu Nəriman Abbasov rusiyalı rəqibi Artur Zaynukovla qarşılaşıb.

 

Üç raundan ibarət görüşdə Qəbələ İdman klubunun üzvü Nəriman Abbasov rinqdə rusiyalı idmançını tam xal üstünlüyü ilə məğlub edərək yarışın qalibi olub.

 

Nəriman Abbasov APA-nın Moskva müxbirinə açıqlamasında döyüşün çox ağır keçdiyini bildirib: "Bu görüş mənim üçün çox önəmli idi. Tam xal üstünlüyü ilə qələbə qazandım. Bu görüşdə qələbə qazanmağım mənim bundan sonra titullu görüşlərdə iştirakıma yol açdı. İlk öncə məşqçim, Şəhriyar Abbasova, komandamızın kapitanı Bəztiyar Abbasova təşəkkürümü bildirmək istəyirəm".

 

N. Abbasov Qəbələ İdman Klubunun prezidenti Taleh Heydərova onlara verdiyi dəstəyə görə təşəkkürünü bildirib.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268382

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR