Şəkidə zəncirvari qəza olub.
Milli.Az ARB Şəki-yə istinadən xəbər verir ki, Qaraməryam-İsmayıllı-Şəki magistral yolunun 129-cu km-də Şəkinin Oraban kəndi yaxınlığında ağır avtomobil qəzası baş verib.
Qəza zamanı Sumqayıt şəhər sakini Ağayev Şahin Məhərram oğulunun idarə etdiyi Ford tranzit yük avtomobili ilə Şəki rayon sakini sakini idarə etdiyi "VAZ 21011" markalı minik avtomobili ilə toqquşub.
Qəza anında hərəkətdə olan daha bir minik avtomobilinə qismən ziyan dəyib. Qəzadan sonra "VAZ 21011" avtomobilinin hissələri ətrafa dağılıb. Avtomobil iki hisssəyə parçalanıb. Yük avtomobili isə aşarak avtomobillərin intensiv hərkət etdiyi yolu bir müddət bağlıyıb.
Qəzada müxtəlif bədən xəsarətləri alan 3 nəfər Oğuz rayon Mərkəzi xəstxanasına yerləşdirib. Onların vəziyyəti orta ağır olaraq qalır.
Hadisənin dəqiq səbəbləri araşdırılır.
Milli.Az