​Azərbaycanda və dünyada təqaüd yaşı - Müqayisə

Dünyada orta hesabla 60 olan təqaüd yaşı hər bir ölkədə dövlətin təqaüd xərclərindən asılı olaraq dəyişir. Bu yazımızda sizi dünyadakı təqaüd yaşları ilə tanış edəcəyik.

Metbuat.az bildirir ki, Avropa Birliyi (AB) iqtisadi böhranın hökm sürdüyü Yunanistanda təqaüd yaşının 58-dən 62-yə qaldırılmasını planlaşdırır.

AB ölkələri arasında ən aşağı təqaüd yaşı Fransaya məxsusdur – 60 yaş.

İspaniyada təqaüd yaşı 67-dir.

İngiltərədə təqaüd yaşı qadınlar üçün 60, kişilər üçün isə 65-dir. 2020-ci ildə bu yaşın hər kəs üçün 65-ə, 2046-cı ildə isə 68-ə çatdırılması planlaşdırılır.

Danimarkada təqaüd yaşı 65-dir.

Portuqaliyada təqaüd yaşı 2007-ci ildə hər kəs üçün 65-ə yüksəldilib. Bu ölkədə təqaüd almaq üçün 40 il çalışmaq və avans ödəmək lazımdır.

İtaliyada 2008-ci idlə təqaüd yaşı 57-dən 58-ə yüksəldildi.

Meksikada təqaüd yaşı 65-dir.

Koreyada təqaüd almaq üçün 60 yaşa qədər çalışmaq lazımdır.

Yaponiyada isə təqaüd yaşı 60-dır.

Amerikada 65-dir.

Rusiyada təqaüd yaşı qadınlar üçün 55, kişilər üçün isə 60-dır.

Kanadada təqaüd yaşı 65-dir.

Almaniyada isə təqaüd yaşı 67-dir.

Türkiyədə təqaüd yaşı qadınlar üçün 58, kişilər üçün isə 60-dır.

Yeri gəlmişkən bildirək ki, ölkəmizdə təqaüd yaşı qadınlar üçün 60, kişilər üçün isə 63-dür.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR