Britaniyanı "iqlim bombası" vurdu: 3 ölü - FOTO

Britaniyanı "iqlim bombası" vurdu: 3 ölü - FOTO
10:42 24 Fevral 2017
89 Dünya
Ölkə mətbuatı
A- A+

Britaniyanı güclü "Doris" qasırğası vurub, aviareyslər təxirə salınıb. Ölkənin bir sıra bölgələrində güclü qar və leysan yağışları yağır, şəhərlərdə böyk tıxaclar müşahidə olunur.

Milli.Az The Guardian-a istinadən bildirir ki, bu gün Britaniyanın bir sıra bölgələrində daşqınlar gözlənilir. Bundan başqa, Şotlandiyanın bəzi bölgələrinə 15 sm qalınlığında qar yağacağı da istisna deyil.

"Doris" qasırğası səbəbindən Londondakı Hitrou hava limanında 83 aivareys təxirə salınıb.

Britaniyanın əksər şəhərlərində, habelə iri avtobanlarında böyük tıxaclar yaranıb. İngiltərə və İrlandiya arasında bütün uçuşlar dayandırılıb. Dəmiryol marşrutlarının əksəriyyətində qatarların hərəkət intensivliyi aşağı salınıb.

Britaniyalı sinoptiklər "Doris" qasırğasını "iqlim bombası" adlandırıblar.

Qasırğa nəticəsində Şimali İrlandiyadakı məşhur "Dark Heces" xiyabanındakı ağacların bir neçəsi qırılaraq aşıb. "Game of Thrones" serialının bəzi səhnələri bu xiyabanda çəkilmişdi.

İngiltərənin Uest-Midlends qraflığındakı Vulverhempton şəhərində "Starbucks" kafesinin yaxınlığında güclü küləyin havaya qaldırdığı zibilqabı qadına dəyib. Qadın aldığı zərbədən yerindəcə keçinib.

Londonun Oldqeyt səmtində səkidə qırılan ağac qadının başına düşüb və o həlak olub.

Bekinhemşir qraflığındakı Milton-Keys şəhərindəki məktəblərdən birinin idman zalının damının uçması nəticəsində məktəbli qız həlak olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



























































































Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/520734.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR